3 Fevral 10:45
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın hava hücumundan müdafiə sistemləri Voronej vilayətində Ukraynaya məxsus pilotsuz təyyarəni vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev məlumat verib.

Telegram kanalında bildirib ki, xəsarət alan və dağıntı yoxdur.

“Voronejə yaxınlaşarkən növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus PUA-nı aşkar edərək məhv edib”, - qubernator bildirib.

İlkin məlumata görə, tələfat və dağıntı yoxdur.

Bundan başqa, Rostov vilayətində də Ukrayna PUA-sı məhv edilib. Vilayətin qubernatoru Vasili Qolubev itki və dağıntının olmadığını açıqlayıb.

Rusiya hava hücumundan müdafiə qüvvələri Volqoqrad vilayəti ərazisinə də PUA hücumunu dəf edib. Amma pilotsuz təyyarənin düşdüyü neft emalı zavodunda yanğın baş verib.

Gecə boyu Rusiyanın bu üç vilayətində ümumilikdə 7 dronun vurulduğu açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər