3 Fevral 11:34
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İordaniyada üç hərbçisinin öldürülməsinə cavab olaraq İraq və Suriyada İran qüvvələri və Tehranın dəstəklədiyi qruplaşmalar tərəfindən istifadə edilən 85 hədəfə zərbə endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “NBC News”un ABŞ mənbələrinə istinadla məlumat yayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu obyektlər arasında komanda və idarəetmə məntəqələri, kəşfiyyat mərkəzləri, raketlər və raket buraxılış qurğuları, həmçinin pilotsuz təyyarələrin dayanacaqlarının olduğunu açıqlayıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi hava əməliyyatlarının uğurlu olduğunu deyib. Onun sözlərinə görə, zərbələr 30 dəqiqə ərzində həyata keçirilib, 125-dən çox yüksək dəqiqlikli döyüş sursatından istifadə edilib.

ABŞ ordusunun Baş Qərargah rəisi Duqlas Sims telekanala açıqlamasında bildirib: “Vurmaq istədiyimiz hədəfləri dəqiq vurduq”.

ABŞ Hərbi Hava Qüvvələri bundan əvvəl gecə saatlarında Suriya və İraqa hava zərbələri endirildiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər