5 Fevral 22:12
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Rusiyanın Parisdəki səfiri Aleksey Meşkovu Xarici İşlər Nazirliyinə çağırıb.

Teleqraf.com xəbər verir ki, səfir Ukraynada qeyri-hökumət təşkilatlarında çalışan iki Fransa vətəndaşının ölümündən sonra XİN-ə çağırılıb.

Ukraynanın Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin iki Fransa vətəndaşının, humanitar yardım işçisinin Rusiyanın hücumları nəticəsində həyatını itirdiyini açıqlayıb.

Fransa Prezidenti Emmanuel Makron və xarici işlər naziri Stefan Sejourne sosial media platforması hesablarından verdiyi açıqlamada hücumu pisləyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər