24 Yanvar 2015 09:07
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Yens Stoltenberq təhlükəsizlik üzrə Münhen konfransına hazırlıq ərəfəsində fevralda Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşəcəyini təsdiqləyib.

Bu haqda o cümə günü Kosovoda öz səfəri zamanı “Reuters” informasiya agentliyinin müsahibəsində söyləyib.

Teleqraf.com “Deutsche Welle” elektron nəşrinə istinadən xəbər verir ki, baş katib Rusiya xarici işlər nazirinin də belə bir görüşə razılıq verdiyini bildirib:

"Mən onu təsdiq edə bilərəm ki, Lavrov bir neçə gün əvvəl deyib: biz Münhen konfransının kuluarlarında görüşməyə hazırıq".

Stoltenberq görüşün detalları və görüşün gündəliyində olacaq məsələlər barədə məlumat verməyib. Qeyd edək ki, təhlükəsizlik məsələləri üzrə Münhen konfransı 6-8 fevralda olacaq.

Bundan başqa, Şimali Atlantika İttifaqının baş katibi yenidən Ukraynanın ərazisində "Rusiya ağır silahlarının əhəmiyyətli artımı" haqqında danışıb: "Biz tanklar, hərbi maşınlar, artilleriyalar, hava müdafiəsinin sistemləri barədə söhbət açırıq"- deyə, Stoltenberq vurğulayıb.

Nail Cəlil


Müəllif: