11 Fevral 15:09
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayotta adasında (Hind okeanında Fransanın xarici ərazisi - Qeyd) doğulmuş miqrantların uşaqlarına Fransa vətəndaşlığı almaq imkanı milli qanunvericilikdən çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Jerald Dermanen məlumat verib.

“Biz Mayottada miqrantlara qarşı radikal bir qərar qəbul etmək niyyətindəyik. Fransız valideynlərin övladı olmasanız, yoxsa fransız olmaq mümkün olmayacaq”,- deyə o bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda konstitusiyaya müvafiq dəyişiklik edilə bilər.

Qeyd edək ki, əcnəbilərin Fransa ərazisində doğulan uşaqlarına ölkə vətəndaşlığı verilir. Lakin bu qərarın yalnız Mayotta adasına qarşı tətbiq edilməsi irqi ayrı-seçkiliyi özündə ehtiva edir.

Bu adaya Afrika qitəsindən gələn şəxslər üstünlük təşkil edir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər