11 Fevral 22:12
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeşin Fəs şəhərində köhnə üçmərtəbəli binanın uçması nəticəsində azı 5 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “360” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı ilkin versiya kimi binanın yararsız vəziyyətdə olması və son günlər yağan güclü yağışların tikilinin konstruksiyalarını zəiflətməsi göstərilir.

Ölənlərdən üçü kişi, ikisi isə qadındır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər