Rusiya ordusu Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin (AFU) 35-ci dəniz piyada briqadasını darmadağın edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"35-ci dəniz piyada və 121-ci yerüstü müdafiə briqadasının bölmələri Xerson vilayətinin Tokarevka və Mixaylovka yaşayış məntəqələri ərazilərində darmadağın edilib. Sutka ərzində Ukrayna ordusunun itkiləri 70 hərbçi və üç texnika təşkil edib. Əks-batareya döyüşü zamanı "Qvozdika" özüyeriyən artilleriya qurğusu, "Giatsint-B" yedəkli silahı və "D-30" haubitsası vurulub", - məlumatda bildirilib.