Rusiya və Ukrayna həlak olan hərbçilərin meyitlərini mübadilə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şəmsail Saraliev yerli KİV-ə deyib.
Onun sözlərinə görə, Rusiya 61 hərbçisinin meyitini qaytarıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nəzdində Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı isə 58 ukraynalı hərbçinin meyitinin geri qaytarıldığına dair məlumat yayıb.
Məlumata görə, qalıqların təhvili Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yardımı ilə həyata keçirilib.