16 Fevral 23:26
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresi müvafiq qanun layihəsini təsdiqləmədən Amerika administrasiyası Ukraynaya silah tədarükünü davam etdirə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı deyib.

ABŞ prezidentindən soruşublar ki, Konqres tədbir görmədən Vaşinqton Kiyevi silahla təmin edə biləcəkmi. "Xeyr, amma onların hərəkətə keçməsinin vaxtıdır, elə deyilmi?", - deyə o cavab verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər