18 Fevral 21:08
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu ölkənin hərbi-sənaye kompleksinin müəssisələrinə haker hücumlarının artdığını açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, nazir bu hücumlarda Rusiyanın əli olduğunu bildirib.

“Biz getdikcə tez-tez və aqressivləşən Rusiya mənşəli kiberhücumlarla qarşılaşırıq. Bu hücumlar bizim infrastrukturumuza qarşı yönəlib”, - nazir deyib.

Onun sözlərinə görə, bir neçə ay əvvəl hakerlərin ölkənin iri müdafiə müəssisəsinə hücumunun qarşısı alınıb:

“Hakerlər Fransa və onun müttəfiqləri üçün hərbi istehsalı pozmağa cəhd ediblər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər