İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda Hizbullah hərəkatının obyektlərinə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
"Son bir neçə saat ərzində İDF döyüş təyyarələri Livandakı Hizbullah terrorçularının hədəflərinə zərbələr endirib. Hədəflər arasında bir neçə terror infrastrukturu obyekti, Xiam bölgəsindəki müşahidə məntəqəsi və bu gün səhər saatlarında raketlərin buraxıldığı Zibqin bölgəsindəki hərbi post daxildir”, - məlumatda deyilir.