22 Fevral 13:40
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibi Yens Stoltenberq Gürcüstanın yeni baş naziri İrakli Kobaxidzeni ilk dəfə alyansın qərargahında qəbul edib.

Teleqraf.com xəbər verir ki, baş katib mətbuata verdiyi qısa açıqlamada hazırda Gürcüstan üçün daxili islahatları davam etdirmək və sürətləndirmək, demokratik dəyərləri dəstəkləməyin vacib olduğunu deyib.

“Gürcüstanın düzgün istiqamətdə getdiyini görmək istəyirik. Daha böyük demokratiya və tərəqqiyə - Avro-Atlantik ailəsinə tam üzvlüyə doğru. Siz bu istəklərə nail olmaq üçün çalışdığınız zaman NATO sizin tərəfinizdə olmağa davam edəcək”, - Stoltenberq bildirib.

Görüşdə NATO ilə Gürcüstan arasında tərəfdaşlıq və onun gələcək inkişaf yolları müzakirə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər