Azərbaycanın Quba rayonunda zəlzələ baş verib.
Teleqraf.com AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, bu səhər yerli vaxtla saat 07:30-də Qubadan 27 km cənub-şərqdə Quba ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 5, dərinliyi 9 km olan zəlzələ episentirdə 5 bal, yaxın yaşayış mantəqələrində 4-3 bala qədər hiss olunub.