Filippində müsəlman təşkilatı olan Moro İslami Qurtuluş Cəbhəsi ilə polis arasında silahlı insident yaşanıb.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 43 nəfərin öldüyü bildirilib. Ölənlərdən 39-u polis, 6-ı isə üsyançıdır.
Rəsmilər hadisənin gecə saatlarında baş verdiyini qeyd ediblər. Yayılan məlumatlara görə, insident Tukanalipao kəndində baş verib.
Samir