27 Fevral 08:28
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Trampın böyük oğlu poçtla içərisində naməlum toz olan zərf alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “The Daily Beast” nəşri siyasətçinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, səlahiyyətlilər məktubda dəqiq nə olduğunu hələ müəyyən etməyiblər, lakin onlar tozun öldürücü olmadığını bildiriblər.

Nəşrin mənbələrə istinadən qeyd etdiyi kimi, siyasətçi məktubu Floridadakı evində açıb, bundan sonra ağ toz otağa səpələnib.

Kiçik Trampın evinin yaxınlığında yanğınsöndürən maşınlar və qoruyucu geyimli insanlar görünüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər