Ukraynanın şərqində rus separatçıları rəsmi rəqəmlərə görə 108 ukraynalı hərbçini əsir saxlayır.
Teleqraf.com unian.netə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi Vladislav Sleznyov bu gün Kiyevdə keçirdiyi məbuat konfransında məlumat verib. Onun sözlərinə görə, əsirlər arasında yaralılar da var.
Bu arada yayılan məlumatlara görə, hazırda Ukraynadakı hərbi hospitallarda 309 hərbçi müalicə alır. Onlardan 19-unun vəziyyəti ağır olaraq qalır.