28 Fevral 00:31
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hakimiyyəti İran Müdafiə Nazirliyi və onun silahlı qüvvələrinin maraqları naminə Çinə mal tədarük etdiyi iddia edilən iki şirkətə sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilib.

Sənəddə əsasən, söhbət Honq-Konqda qeydiyyatdan keçən “Kohana” və Marşal adalarında qeydiyyatdan keçmiş “Iridescent” şirkətlərindən gedir.

Bildirilib ki, birinci şirkət "Kohana" gəmisinin sahibi, ikinci isə onun operatorudur. Amerika tərəfinin bildirdiyinə görə, gəmi İrandan Çinə 100 milyon dollar dəyərində yük çatdırıb. Məlumata görə, gəliri isə guya İranın müdafiə nazirliyi əldə edir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər