28 Fevral 10:43
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Ukraynadakı vəziyyəti “çox acınacaqlı” adlandırıb.

Teleqraf.com xəbər verir ki, ABŞ rəsmisi Kiyevə hərbi yardıma gecikdiklərini də etiraf edib.

“Cəbhədəki ukraynalı əsgərlər hara və nə ilə atəş açacaqları ilə bağlı çox çətin qərarlar verirlər. Döyüş sursatları tükənir. Vəziyyət çox acınacaqlıdır”, - Kirbi deyib.

Onun sözlərinə görə, Ukraynanın müharibəni nə zaman uduzacağı ilə bağlı vaxt vermək mümkün deyil, amma Rusiya ilə davam edən müharibədə yenidən ərazilərini itirməyə başlayıb.

“Ukraynaya yardıma ehtiyacımız var. Çox gec ola biləcəyini də söyləməyəcəm. Artıq müəyyən mənada gecikmişik. Avdiv şəhərini hərfi mənada döyüş sursatı səbəbindən itirdilər. Deməli, bu çatışmazlıq artıq döyüş meydanına dramatik təsir göstərir”, - Kirbi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər