29 Fevral 15:52
5 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

F-16 qırıcıları ilə bağlı sövdələşməyə dair təklif layihəsi və müvafiq təsdiq məktubları ABŞ tərəfindən Türkiyə Müdafiə Nazirliyinə daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən TRT-yə məlumat verilib.

“Nazirlik ABŞ-dən 40 yeni F-16 “Blok-70” almaq və Hərbi Hava Qüvvələrinin ehtiyaclarına uyğun olaraq mövcud 79 F-16-nı təkmilləşdirmək tələbimizlə bağlı layihə təklifi və məktub alıb. Layihəyə həmçinin bu təyyarələr üçün döyüş sursatı, material və avadanlıqlar daxildir. Müvafiq bölmələr təklifi dəyərləndirməyə başlayıb”, - kanal qeyd edib.

Mənbə vurğulayıb ki, Türkiyə bundan əvvəl öz ərazisində qırıcı təyyarələrin modernləşdirilməsi üçün komponentlərin istehsalı ilə bağlı da ABŞ-yə təkliflər göndərib.

Müdafiə Nazirliyindəki mənbə “Eurofighter” qırıcılarının alınması perspektivlərinə də toxunub. Məlumata görə, təyyarələri istehsal edən konsorsiuma daxil olan ölkələrlə (Britaniya, İtaliya, Almaniya və İspaniya) potensial sövdələşmə müzakirə edilir.

“Nazirimiz (Yaşar Gülər) Böyük Britaniyaya səfər edib, müdafiə və təhlükəsizliklə bağlı ikitərəfli və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Mövzulardan biri “Eurofighter” məsələsi idi. Konsorsiuma daxil olan Almaniyadan müsbət yanaşma gözləyirik. Konsorsium iştirakçıları ilə texniki danışıqlar davam etdirilir”, - nazirlikdən bildirilib.

Bundan əvvəl Türkiyə tərəfi məlumat vermişdi ki, Almaniya istisna olmaqla “Eurofighter” konsorsiumunun bütün iştirakçıları bu qırıcıları Türkiyəyə satmağa razılaşıblar. Berlin hələlik mövqeyini açıq şəkildə bildirməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər