29 Fevral 15:32
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Putin Federal Məclisə müraciəti zamanı ABŞ-nin strateji sabitlik üzrə dialoq təklif edərkən Rusiyanı məğlub etmək cəhdlərini “ikiüzlülük” adlandırıb.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı Rusiyanın bu məsələdə ABŞ ilə dialoqa hazır olduğunu da bildirib.

Eyni zamanda ABŞ-ni Rusiyaya qarşı düşmənçilikdə ittiham edib.

“Nə olsun? Bizimlə ciddi şəkildə strateji sabitlik məsələlərini müzakirə etmək niyyətindədirlər, amma Rusiyanı, özlərinin dediyi kimi, döyüş meydanında strateji məğlubiyyətə uğratmağa çalışırlar. Bu, ikiüzlülüyün bariz nümunəsi ola bilər”, - Putin bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu