Fransa terrorçuların əsas dəstəkçisinə çevrilib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyəni istədikləri kimi idarə etmək istəyən imperialist güclərin olduğunu bilirik. Biz onların içəridəki alətləri və özlərinə qarşı əsl mübarizə apardıq. Bu mübarizəni Cudi və Qabarda apardıq. Onları (terrorçuları) mağaralarında dəfn etdik. Tərk edib getdilər. Bir tərəfdən də Fransanın sement şirkəti “Lafarge” gəlib mağaralar tikdi. Kimə? Terrorçulara. Təəssüf ki, Fransa terrorun əsas dəstəkçisinə çevrilib. Bəs biz nə etdik? Şimali Suriyada “Lafarge”nin bütün sığınacaqlarını yerlə bir etdik”, - prezident bildirib.