5 Mart 14:19
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya hakimiyyəti bu ölkədəki Rusiya vətəndaşlarına toxunsa, alman jurnalistlər Rusiya ərazisindən çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Hamı bilsin, Berlindəki diplomatik kanallar vasitəsilə bu barədə artıq məlumatlandırılıblar ki, əgər rus müxbirlərinə toxunsalar, planlarını sona çatdırmaq istəsələr, alman jurnalistləri Rusiyadan çıxarılacaq”, - Zaxarova bildirib.

Dünən Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın Moskvadakı səfirini çağıraraq, Krım körpüsünə hücumla bağlı Bundesver zabitlərinin məxfi söhbətinə aydınlıq gətirilməsini tələb edib. Həmçinin səfirə Almaniya hakimiyyətinin rusiyalı jurnalistlərin Almaniyadakı fəaliyyətlərini məhdudlaşdırmaq cəhdlərinin yolverilməz olduğu bildirilib və bu cür hərəkətlərə sərt cavabın veriləcəyi onun diqqətinə çatdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu