28 Yanvar 2015 01:10
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının yeni kralı Salman ibn Əziz əs Səid və ABŞ prezidenti Barak Obama neft bazarındakı vəziyyəti müzakirə ediblər. Teleqraf.com-un məlumatına görə, bu barədə “Reuters” Ağ Ev rəsmisinə istinadən xəbər yayıb.

Xəbərdə bildirilir ki, “neft bazarında sabitlik” müzakirə olunarkən “qara qızıl”ın cari qiymətləri diqqət mərkəzində olmayıb.

Rəsminin sözlərinə görə, kral Səudiyyə Ərəbistanının dünya energetik bazarında öz rolunun oynamaqda davam edəcəyini söyləyib və qeyd edib ki, ölkənin bu məsələdə mövqeyinin dəyişəcəyini gözləmək lazım deyil. /musavat.com/


Müəllif:

Oxşar xəbərlər