18 Mart 17:12
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenidən ABŞ prezidentliyinə namizəd olan Donald Tramp Ukrayna lideri Vladimir Zelenskini “yaxşı satıcı” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Zelenskinin ABŞ-yə hər səfərində cibləri pul dolu getdiyini deyən sabiq prezident Ağ Evi Ukraynaya pul verməyi dayandırmağa çağırıb.

Tramp Kiyevə pul borc verilə biləcəyini vurğulayıb:

“Zelenskiyə hər gələndə 50-60 milyard dollar verməyi dayandırın. Sizə deyirəm: bu adam tarixin ən böyük satıcılarından biridir. Mən bunu edə bilməzdim. Məndən qat-qat yaxşı satıcıdır”.

Tramp ötən həftə NATO ölkələrinin Ukraynaya bu qədər pul xərclədiyinə görə ABŞ-yə güldüklərini söyləmişdi.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ABŞ Kiyevə təxminən 113 milyard dollar hərbi, iqtisadi və humanitar yardım göstərib.


Müəllif: Mənsur Rəğbətoğlu