19 Mart 08:15
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amerika Birləşmiş Ştatlarının Demokratik Partiyası İsrailə nifrət edir”

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.

“Mən həqiqətən onların İsrailə nifrət etdiyini düşünürəm. Demokratik Partiya İsrailə nifrət edir. Demokratlara səs verən hər bir yəhudi (ABŞ-da) onların dininə nifrət edir. Onlar İsraillə bağlı hər şeyə nifrət edirlər və onlar özlərindən utanmalıdırlar, çünki İsrail məhv ediləcək”, - eks-prezident əlavə edib.

Qeyd edək ki, bundan əvvəl NBC televiziyası mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahunu Qəzza zolağında döyüşlərin taktikasını dəyişməyə razı sala bilməyib, onun hərəkətlərindən narazılığını bildirib


Müəllif: Teleqraf.com