21 Mart 13:34
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi cinayətlərə görə cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) yeni sədri Tomoko Akane deyib.

BCM rəhbəri Çin atalar sözündən sitat gətirib: “Cənnətin intiqamı yavaş, amma dəyişməzdir”.

BCM ötən ilin martında Vladimir Putinin həbsinə order verib. Rusiya lideri Ukraynada hərbi cinayət törətməkdə ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu