25 Mart 12:39
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Crocus City Hall"da törədilən terror aktından sonra müxtəlif dərəcəli ağırlıqda olan 97 nəfər xəstəxanalarda qalır.

Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, bunu Moskva vilayətinin sosial inkişaf naziri Lyudmila Bolatayeva bildirib.

"Crocus City Hall"da terror aktı martın 22-də axşam saatlarında "Piknik" qrupunun konsertindən əvvəl baş verib. Kamuflyaj geyinmiş naməlum şəxslər binaya girərək atəş açıblar, bundan sonra bir neçə partlayış səsi eşidilib və yanğın başlayıb.


Müəllif: Pərvin Cəfərova