26 Mart 13:19
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Crocus City Hall" konsert zalında terror aktı ilə bağlı iş üzrə səkkizinci müttəhim Moskvanın Basmannı məhkəməsinə aparılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Kişinin adı Əlişir Kasımovdur, 32 yaşı var. Terror aktına hazırlaşarkən dörd terrorçu ondan mənzil kirayələyib. Hansı ittihamların irəli sürüləcəyi və onun cinayətkarlara yardım etməkdə günahını etiraf edib-etməyəcəyi hələlik məlum deyil.

Martın 22-də "Crocus City Hall" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.


Müəllif: Pərvin Cəfərova