27 Mart 17:15
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna iki ildən çoxdur davam edən müharibədə Qara dənizdəki Rusiya hərbi gəmilərinin üçdə birini batırıb və ya sıradan çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk məlumat verib.

O xatırladıb ki, Ukrayna ötən həftə Krımda Sevastopolda dayanmış Rusiyaya məxsus “Kostyantin Olşanski” desant-hücum gəmisini vurub. Gəmi Rusiya 2014-cü ildə Krımı ələ keçirməzdən əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrinin tərkibində olub. Eyni tipli daha iki desant gəmisi, “Azov” və “Yamal”, eləcə də “İvan Xurs” kəşfiyyat gəmisi də zədələnib.

Ukraynanın son hücumları Neptun raketləri ilə həyata keçirilib. Sevastopol limanı və neft bazasının obyektləri də zərər çəkib.

Pletençuk qeyd edib ki, Rusiyanın müharibədən əvvəl Qara dənizdə yerləşdirdiyi bütün döyüş gəmilərinin üçdə biri məhv edilib və ya sıradan çıxarılıb. Eyni zamanda o, Rusiyanın 10-a yaxın raketdaşıyıcılarından yalnız ikisinin batırıldığını etiraf edib.

“Əsas məqsədimiz Rusiyanın Azov və Qara dənizlərdə hərbi gəmilərinin olmamasıdır”, - Pletençuk vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu