28 Mart 22:10
312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin tərkibini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, Baş nazir Məhəmməd Mustafa hökumətin iş proqramını və hökumət kabinetində təmsil olunacaq nazirlərin siyahısını Mahmud Abbasa təqdim edib.

Prezident Mahmud Abbas 19-cu hökumətə etimad haqqında sərəncam imzalayıb və onun yaradılmasını təsdiqləyib.

Yeni hökumət kabineti martın 31-də prezident qarşısında and içəcək.


Müəllif: Teleqraf.com