29 Mart 15:46
8 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynadakı münaqişənin həlli naminə danışıqlar üçün ona tətbiq edilən heç bir qaydanı qəbul etmir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

"Başqası tərəfindən hazırlanan, bizimsə riayət etməli olduğumuz hansısa qaydalar bizə görə qəbuledilməzdir. Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinin bəyanatı Vladimir Zelenskinin Rusiya ilə danışıqlar aparmasına dair kodlaşdırılmış qadağa ilə tamamilə ziddiyyət təşkil edir. Qalanları üçün Rusiya Xarici İşlər Nazirliyindəki həmkarlarımın bunu şərh etmələri daha yaxşıdır".


Müəllif: Əsəd Məmmədəliyev