Fransada antisemitizm halları 2013-cü illə müqayisədə 2014-cü ildə 101, fiziki zorakılıq halları isə 130 dəfə artıb. Teleqraf.com-un məlumatına görə, bu barədə Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının sədri Roje Kukierman məlumat yayıb.
Məlumatda bildirilir ki, Fransa kimi demokratik bir ölkədə əgər 2013-cü ildə 423 antisemitizm halı baş vermişdisə, 2014-cü ildə bu cür halların sayı iki dəfə artaraq 851-ə çatıb. Fiziki zorakılığa gəldikdə, 2013-cü ildə 105 hadisə qeydə alınmışdısa, 2014-cü ildə bu rəqəm 241 təşkil edib.
Sədr istər yəhudilərə, istərsə də digər azsaylı xalqlara qarşı antisemitizm hallarının və fiziki təzyiqlərin artmasından ciddi narahatlığını ifadə edib.