3 Aprel 00:44
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna artıq terrorçu dövlətə çevrilib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb.

O, “keçmiş Ukraynanın terrorçu dövlət” kimi tanınması ilə bağlı müzakirələri “tamamilə sxolastik” adlandırıb.

“Əslində, Ukrayna artıq öz və başqalarının vətəndaşlarını öldürən terrorçu dövlətdir. Ukrayna onları şəhərlərdə və səngərlərdə öldürür, həbsxanalarda belə öldürür”, - Medvedev qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər