Ukraynada keçiriləcək növbəti prezident seçkilərində namizədliyimi irəli sürəcəm.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın keçmiş lideri Pyotr Poroşenko deyib.
“Soruşsanız ki, növbəti seçkilərdə iştirak etməyi planlaşdırırsanmı? “Bəli” deyəcəm”, - Poroşenko bildirib.
Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün Ukrayna Rusiya ilə müharibədə uğur qazanmalıdır.
Sabiq prezident həmçinin vurğulayıb ki, Ukrayna Avropa Birliyinə daxil olarsa, Avropa Parlamentinə seçkilərdə iştirak edəcək.
Ukraynada bu il keçirilməli olan seçkilər müharibə səbəbindən Prezident Vladimir Zelenski tərəfindən təxirə salınıb.