Fransa Ukraynaya 1500 hərbçi göndərmək barədə qərar verib.
Teleqraf.com xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, Paris tərəfindən Ukraynaya göndəriləcək hərbi kontingentin hazırlanması ilə bağlı yeni informasiya əldə ediblər.
“Bu məqsədlər üçün Fransa Xarici Legionunun komandanlığı martın əvvəlində təxminən 1500 nəfərdən ibarət batalyon taktiki qrupunun tərkibini təsdiqləyib. Apreldə Ukrayna əməliyyatlar teatrına operativ hücuma hazır olmaq üçün qrupun tam döyüş vəziyyətinə gətiriləcəyi gözlənilir”, - Zaxarova qeyd edib.
Fransa Prezidenti Emmanuel Makron martda Qərb qoşunlarını Ukraynaya yerləşdirmək planlarını təsdiqləyib. Onun sözlərinə görə, Fransa öz qoşunlarını Ukraynada yerləşdirə bilər.