4 Aprel 16:53
1 874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb NATO çərçivəsində Ukraynaya hərbi yardımı məcburi etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Nazirin sözlərinə görə, bu, Ukrayna Rusiyaya qarşı mübarizəsini davam etdirəcəyi təqdirdə mümkün ola bilər.

“Ukraynaya könüllü hərbi yardımı NATO çərçivəsində məcburi hərbi yardıma çevirmək istəyirlər. Bütün NATO üzvlərini ciddi nizam-intizamla Kiyev rejiminə məcburi maliyyə və silah təminatına imza atmağa məcbur etməyə çalışırlar. Ancaq Kiyev bunun üçün Rusiyaya qarşı mübarizəni davam etdirməlidir”, - Lavrov vurğulayıb.

Məlumata görə, müharibə başlayandan bəri Qərb dövlətləri Ukraynaya 150.8 milyard dollardan çox yardım edib. Bunun üçdə biri, yəni 48.5 milyardı Ukraynanın hərbi ehtiyaclarına yönəldilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər