9 Aprel 12:18
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Zaporoje atom elektrik stansiyasını (AES) ələ keçirməklə çox təhlükəli oyun oynayır. Vaşinqton AES-dəki vəziyyəti izləyir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Zaporoje AES-ə PUA hücumu ilə bağlı xəbərlərlə tanışıq. Stansiyadakı durumu, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəsmi hesabatlarını izləyirik. Xoşbəxtlikdən son hesabatda qeyd olunur ki, PUA zərbəsi nəticəsində dəyən ziyan nüvə təhlükəsizliyinə xələl gətirməyib”, - ABŞ rəsmisi bildirib.

Millerin sözlərinə görə, Rusiya Ukrayna AES-ni ələ keçirməklə çox təhlükəli oyun oynayır.

O, Moskvanı hərbi qüvvələrini geri çəkməyə və stansiyaya nəzarəti ukraynalı mütəxəssislərə qaytarmağa çağırıb. Miller nüvə fəlakətinə səbəb ola biləcək hər hansı hərəkətin yolverilməzliyini xatırladıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər