10 Aprel 23:07
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB ölkələrinin birgə antiterror təlimi bu il ilk dəfə Özbəkistan ərazisində keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Moskvada MDB iştirakçısı olan dövlətlərin milli antiterror mərkəzləri rəhbərlərinin (qərargah rəislərinin) 17-ci iclasının yekunlarına dair MDB Antiterror Mərkəzinin (ATM) Mətbuat Xidməti məlumat yayıb.

“Nümayəndələr terrorizmə qarşı mübarizə sisteminin effektivliyinin yoxlanılmasında və birgə fəaliyyətin ahəngdarlığının işlənib hazırlanmasında mühüm elementin antiterror təlimləri olduğunu qeyd ediblər. MDB-yə üzv dövlətlərin builki “Şərq-Antiterror - 2024” təlimi ilk dəfə Özbəkistan Respublikası ərazisində keçiriləcək”, - ATM-in məlumatında deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər