İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS hərəkatının hərbi qanadının üzvü Yakob Cabber Nasiri öldürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb
“IDF və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) terrorçu Yakob Cabber Nasseri məhv edib. HƏMAS-ın hərbi qanadındakı fəaliyyətinin bir hissəsi olaraq o, HƏMAS-ın Rəfahdakı hərbi fəaliyyətinin əhəmiyyətli hissəsinin maliyyələşdirilməsinə cavabdeh idi”, - departament qeyd edib.
Onlar vurğulayıblar ki, ötən ilin sonunda Naser HƏMAS-ın hesablarına hərəkatın hərbi fəaliyyətini davam etdirmək üçün yüz minlərlə dollar köçürüb.