12 Aprel 16:20
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibənin hazırkı gedişatı Ukraynanı əlverişsiz vəziyyətə salır. Ukrayna qoşunları müdafiə mövqelərinə çəkiliblər, Rusiya ordusu irəli getmək üçün davamlı təzyiqlər edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Le Figaro” yazır.

Fransa nəşri bildirir ki, Ukraynanın məğlubiyyəti ilə bağlı fərziyyə müharibənin başlamasından iki il sonra yenidən müzakirə olunur.

“Ukraynalılar bizə deyirlər ki, 2024-cü ildə dayanmağımıza kömək edin, 2025-ci ildə hücumu bərpa edə bilək”, - Fransa rəsmisi nəşrə söyləyib.

Rəsmi həmçinin qeyd edib ki, Ukrayna Fransanın ortamənzilli sistemlərinə (SAMPT) xüsusi diqqət yetirir. Bununla belə, sistemdən daha çox Ukraynanın raketlərə ehtiyacı var, Fransanın raket istehsalçısı MBDA isə qısa müddətdə 30-dan çox “Aster” raketi təmin edə bilməyəcək.

Eyni zamanda, nəşrin yazdığına görə, kim ilk səfərbər olsa, o qalib gələcək.

“Amma hər iki düşərgə qəti addım atmaq istəmir. Ukraynada cəmiyyət ümidsiz görünən müharibədən yorğunluq əlamətlərini göstərir. Rusiyada Kreml daxili etirazlara səbəb ola biləcək qeyri-populyar qərardan (səfərbərlik) yayınmağa üstünlük verir”, - Fransa nəşri vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər