Ali Rada səfərbərlik haqqında yeni qanun qəbul edib.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyasının deputatı Fyodor Venislavski deyib.
"İndi sənəd Prezident Vladimir Zelenski tərəfindən imzalanmalıdır. Qanun imzalandıqdan sonra qüvvəyə minəcək. Düşünürəm ki, prezident qanun layihəsini mütləq imzalayacaq. Qanunun özü də kifayət qədər səs çoxluğu ilə qəbul edilib. Üstəlik səslərin sayı, prezidentin mövqeyi, dəfələrlə səsləndirilib. Ukrayna prezidentinin sənədi imzalamamaq üçün heç bir əsası yoxdur, çünki o, konstitusiyanın tələblərinə uyğun olaraq maksimum dərəcədə qəbul edilib", - Venislavski bildirib.