15 Aprel 01:22
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərinin Kəpəz bələdiyyəsinin sədri Mesut Kocagöz funikulyor qəzası ilə əlaqədar həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti yazıb.

Antalyadakı funikulyor qəzası ilə əlaqədar keçirilən məhkəmədə Kəpəz bələdiyyəsinin sədri Mesut Kocagöz də daxil olmaqla beş nəfər həbs olunub, yeddi nəfər sərbəst buraxılıb.

Qeyd edək ki, martın 31-də 56 yaşlı Mesut Kocagöz Cümhuriyyət Xalq Partiyasından (CHP) Kəpəz bələdiyyəsinə sədr seçilib.

Xatırladaq ki, aprelin 12-də Türkiyənin Antalya vilayətinin Konyaaltı bölgəsində kanat xəttinin dirəklərindən birinin aşması nəticəsində xəttin kabinələrindən biri qayalıq əraziyə düşüb. Hadisə zamanı bir nəfər həlak olub, on nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər