17 Aprel 13:52
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailə uğursuz hava hücumu İranın Yaxın Şərqdəki nüfuzunu xeyli aşağı saldı.

Teleqraf.com xəbər verir ki, bunu israilli analitik Yaron Veys deyib.

“İsrailin İranın hücumuna qarşı özünümüdafiəsi uğurlu alındı. Pilotsuz təyyarələr və raketlərin 99 faizi zərərsizləşdirildi”, - ekspert bildirib.

Veys hücum zamanı müttəfiqlərinin İsrailə yardım etmələrinə də toxunub:

“Müttəfiqlərlə əməkdaşlıq İsrailin gücünün tərkib hissələrindən biridir. Bunu başqalarına da göstərmək vacibdir. Amma İsrail özünü müdafiə etmək iqtidarındadır, inkişaf etmiş hərbi sənayeyə malikdir”.

Analitik uğursuz hücumunun İranın nüfuzunu yerlə bir etdiyini də vurğulayıb:

“Hücum uğursuz alındı. Birincisi, kəşfiyyat hücumun vaxtını əvvəlcədən bilirdi və ictimaiyyəti hazırlaya bildi. Hücumun 99 faizi havada zərərsizləşdirildi. Fikrimcə, İranın hücumu onun regiondakı statusunu xeyli zəiflətdi, ABŞ, o cümlədən İsrail və İordaniyanın təsirini gücləndirdi”.


Müəllif: Mənsur Rəğbətoğlu