ABŞ Senat Komissiyası İranın nüvə proqramı ilə əlaqədar beynəlxalq razılaşmanın əldə olunmayacağı təqdirdə Tehrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Teleqraf.com-un “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb.
Qanun layihəsini 18 komissiya üzvü dəstəkləyib, 4 nəfər isə əleyhinə çıxış edib.
Məlumatda qeyd olunur ki, sənəd hələlik Senata səsverməyə göndərilməyəcək.