Moskvada ABŞ dövlət katibi Con Kerrini qarşılamağa hazırlaşırlar.
Teleqraf.com-un "Kommersant"a istinadən xəbərinə görə, səfərin fevralın 4-5-də baş tutacağı gözlənilir.
"Əgər tərəflərin görüşü baş tutarsa, onda bu, Amerika diplomatiyası rəhbərinin 2013-cü ilin mayından sonra Moskvaya ilk səfəri olacaq", - "Kommersant" yazır.
TASS-ın Vaşinqtondakı müxbiri Andrey Şitovun dediyinə görə, Kerrinin fevralın 4-də Moskvaya səfər etməsi bir müddətdir müzakirə olunur: "Görüş baş tutarsa, onda bu, Amerika tərəfinin xahişi ilə keçirilə bilər".
Görüşdə əsas müzakirə mövzusunun Ukrayna məsələsi olacağı gözlənilir.
Nihad