19 Aprel 14:43
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Polşada Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı sui-qəsdin hazırlanması barədə iddianı şərh edib.

Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi bu iddianın ciddi olduğunu deyib.

Medvedev Ukrayna prezidenti ilə bağlı təhqiramiz ifadələrə də yer verib, onu “narkoman təlxək” adlandırıb.

“Polşada baş banderaçıya qarşı sui-qəsd cəhdi? Bu, həqiqətən ciddidir. Narkoman təlxək üçün bunun zarafatdan çox ciddi olması üçün daha çox səbəbləri var. Çox güman ki, bu, Qərbin onu aradan qaldırmaq qərarına gəldiyinin ilk sübutu ola bilər”, - Rusiya rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər