20 Aprel 13:35
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail İrana hücum edərsə, cavab tez və sərt olacaq.

Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdulahiyan deyib.

“İsrail ölkəmə qarşı qətiyyətli addım atsa və bu sübut olunarsa, cavabımız dərhal və sərt olacaq, bu da onları peşman edəcək”, - nazir bildirib.

Həmçinin Abdullahiyan əlavə edib:

“İsrail maraqlarımıza qarşı yeni avantürist addımlar atmayana qədər, biz heç bir yeni cavab tədbiri görməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər