İran Prezidenti İbrahim Rəisi üçgünlük rəsmi səfər proqramı ilə İslamabada (Pakistan) gəlib.
Teleqraf.com xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi səfərin aprelin 24-dək davam edəcəyini açıqlayıb.
İran prezidentini xanımı və yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir. Heyətə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, digər kabinet üzvləri və yüksək vəzifəli rəsmilər də daxildir.
Rəisi Pakistan Baş nazir Şahbaz Şərif və digər rəsmilərlə görüşəcək.
İran prezidentinin gəlişinə etiraz olaraq Kəraçi şəhərində tətil elan edilib.
Yanvarın 18-də iki ölkə arasında hərbi gərginlik olmuşdu. İranın Pakistan ərazisinə qanunsuz hava zərbələrinə cavab olaraq, Pakistan qırıcıları bu ölkənin ərazisinə girərək bir sıra hədəfləri vurmuşdu. Rəisinin İslamabada ikitərəfli müansibətlərdəki problemləri həll etmək üçün gəldiyi güman edilir.