22 Aprel 15:18
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bağdada rəsmi səfəri çərçivəsində İraq Prezidenti Əbdül Lətif Rəşid ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 illik fasilədən sonra İraqa rəsmi səfər edib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamasına əsasən, səfər zamanı iki ölkə arasında 20-ə yaxın anlaşmanın imzalanması nəzərdə tutulur. Sənədlər təhlükəsizlik başda olmaqla, enerji, kənd təsərrüfatı, su, səhiyyə, təhsil və digər sahələri əhatə edir.

Türkiyə Prezidentinin Bağdad və Ərbildə İraq Prezidenti Əbdüllətif Camal Rəşid və Baş nazir Məhəmməd əl-Sudani ilə keçirəcəyi görüşlərdə Yaxın Şərqdəki son hadisələr, təhlükəsizlik, ticarət əlaqələri kimi məsələlər nəzərdən keçiriləcək. Müzakirə olunacaq əsas mövzular arasında terrorla mübarizə, İraqın su probleminin həlli, eləcə də Türkiyəyə təbii qaz və neft ixracı yer alır.

Eyni zamanda, Türkiyə İraqla terrora qarşı birgə əməliyyat mərkəzi yaratmağı planlaşdırır. Səfər zamanı bununla bağlı məsələlərin də müzakirəsi gözlənilir.


Müəllif: Teleqraf.com