Ukraynanın Rusiyanın böyük hücumuna hazırlaşması üçün bir ayı qalıb, proses mayın sonunda başlayacaq.
Teleqraf.com xəbər verir ki, bunu polşalı general Boquslav Patsek deyib.
General bildirib ki, bundan sonra Ukrayna cəhənnəmə dönəcək. Patsekin sözlərinə görə, ABŞ-nin hərbi yardımı Ukrayna ordusuna bir neçə ay tab gətirməyə kömək edəcək, amma münaqişənin taleyi artıq həll olunub.
Polşalı general hesab edir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının təsdiq etdiyi yeni paketdən ukraynalılar yeni silahlar almaq üçün birbaşa olaraq 14 milyard dollardan az vəsait əldə edəcəklər. İlk növbədə, söhbət 155 mm çaplı artilleriya mərmiləri, sursatlar və hava hücumundan müdafiə əməliyyatları üçün lazım olan resurslardan gedir.
“Müdafiəyə gəlincə, Ukrayna bütün gücü ilə dayanır, təkcə sursat çatışmazlığı yox, həm də effektli müdafiəyə imkan verəcək bir çox başqa şeylər var”, - o qeyd edib.
Patsekin iddiasına görə, 14 milyardlıq bu paket bir neçə aya kifayət edəcək.